Bank Of Baku

Yaponiya hökuməti azərbaycanlı tələbələrə müxtəlif dərəcələr üzrə təhsil təqaüdü ayırıb

Yaponiya hökuməti azərbaycanlı tələbələrə müxtəlif dərəcələr üzrə təhsil təqaüdü ayırıb
# 13 aprel 2010 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2011-ci il üçün Yaponiya ali məktəblərində tədqiqatçı, magistr və ya doktorant dərəcələri üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün təqaüd ayırıb. Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Təhsil sahələri humanitar və ictimai elmləri (ədəbiyyat, tarix, hüquq, siyasət, iqtisadiyyat, pedaqogika, psixologiya, sosiologiya və s.), həmçinin texniki və təbiət elmlərini (riyaziyyat, elektronika, memarlıq, aqrokimya, mühəndislik, tibb, kənd təsərrüfatı və s.) əhatə edir.

Səfirlikdən bildiriblər ki, eyni nazirlik 2011-ci il üçün Yaponiya ali məktəblərində bakalavr dərəcəsi üzrə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün də təqaüd ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR