Bank Of Baku

2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan edilib

2010-cu il üçün  QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan edilib
# 13 aprel 2010 10:53 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti 2010-cu il üçün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı birgə maliyyə yardımı müsabiqəsi elan edib. APA-nın xəbərinə görə, bu barədə hər iki qurumun rəhbərləri Azay Quliyev və Horia Adrian çıxış edərək açıqlama veriblər. Şura və “Qaradağ Sement” ASC-nin sosial tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirdikləri maliyyə yardımı müsabiqəsində bir sıra istiqamət və mövzular üzrə tərtib edilən QHT layihələrinə üstünlük veriləcək. Məlumata görə, burada əsasən üç istiqamət müəyyənləşdirilib. QHT-lər üçün ictimaiyyətlə əlaqələrinin qurulması sahəsində peşəkar kadrlarının hazırlanması, yoluxucu xəstəliklər haqqında mövcud vəziyyətin öyrənilməsi və bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsi üçün təkliflərin hazırlanması, QHT-lər üçün ictimaiyyətlə əlaqələrinin qurulması sahəsində peşəkar kadrlarının hazırlanması, sosial təşəbbüslərin dəstəklənməsi. QHT-lərin layihələri bu gündən başlayaraq qəbul olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR