Bank Of Baku

Lənkəranda 2500 diabet xəstəsi var

Lənkəranda 2500 diabet xəstəsi var
# 13 aprel 2010 11:04 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda diabetli xəstələrin sayı ildən-ilə artır. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) baş həkiminin müavini Əbülfət Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hazırda rayonda 2500-ə yaxın diabetli xəstə qeydiyyatdadır ki, onlardan da 200 nəfəri bu ilin son 3 ayında qeydiyyata götürülüb. Ə. Məmmədov qeydiyyatda olan xəstələrin 90 faizinin 35 yaşdan yuxarı insanların təşkil etdiyini deyib. Onun sözlərinə görə, rayon üzrə ötən ilin müvafiq dövründən 4 nəfər çox, yəni 9 nəfər 1-14 yaşında olan uşaq şəkərli diabetdən əziyyət çəkir. 2010-cu ilin birinci rübündə 14 nəfər şəkərli diabet xəstəsinin dünyasını dəyişdiyini bildirən həkimin sözlərinə görə, 2008-ci ilin sonunda rayonda 494 ağır formalı diabetli xəstə olduğu halda, hazırda belə şəxslərin sayı 600-ə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR