Bank Of Baku

2010-2011-ci tədris ili üçün Türkiyə ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilib

2010-2011-ci tədris ili üçün Türkiyə ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilib
# 13 aprel 2010 14:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2010-2011-ci tədris ili üçün Türkiyə Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkiyənin ali təhsil müəssisələrinin magistraturalarına Azərbaycanını ali təhsil müəssisələrinin bakalavriat səviyyəsini bitirmiş və ya cari ildə bakalavriat səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2010-cu il tarixinədək yaşı 27-yə çatmamış, bakalavriat səviyyəsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər. Dövlət hesabına təhsil alan magistrantlar və magistrlər, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.

Türkiyənin ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən bakalavrlar Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini müvəffəqiyyətlə keçdikdən sonra mayın 11-dən 14-dək TQDK-ya şəxsiyyət vəsiqəsini və hərbi mükəlləfiyyəti olanlar hərbi xidmət haqqında sənədini təqdim edib qeydiyyatdan keçməlidirlər. Türkiyənin ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün qeydiyyatdan keçən bakalavrlar ixtisaslaşma seçimi mərhələsində Azərbaycanın ali məktəblərinin magistratura səviyyəsinə qəbul olunmaq üçün nəzərdə tutulmuş elektron ərizədə Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodları ilə yanaşı, Türkiyənin ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının kodlarını da göstərə bilərlər.

Türkiyənin ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarına müsabiqə Azərbaycanın ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə ixtisaslaşmalarının müsabiqəsi ilə birgə aparılacaq. Türkiyənin ali təhsil müəssisələrinin magistratura səviyyəsində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları imtahanın nəticələri elan olunduqdan sonra üç gün ərzində Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər. Türkiyənin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar bir tədris ili ərzində bu ölkədə hazırlıq kursu keçdikdən sonra orada təşkil olunacaq buraxılış-qəbul imtahanlarını müvəffəqiyyətlə verdikləri təqdirdə seçdikləri ixtisaslaşmalara uyğun olaraq Türkiyənin Yüksək Öyrətim Kurulu tərəfindən ali təhsil müəssisələrinə yerləşdiriləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR