Bank Of Baku

Ötən il və bu ilin birinci rübündə Cənub bölgəsində istehsalatda bədbəxt hadisə qeydə alınmayıb

Ötən il və bu ilin birinci rübündə Cənub bölgəsində istehsalatda bədbəxt hadisə qeydə alınmayıb
# 13 aprel 2010 18:28 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 13-də Lənkəranda “Yeni şəraitdə əmək sferasında profilaktika və risklərin idarə olunması” mövzusunda zona seminar-müşavirəsi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə düzənlənən tədbirdə bölgənin Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının mədəniyyət işçiləri həmkarlar təşkilatının sədrləri iştirak edib.

Seminar-müşavirəni giriş sözü ilə açan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Mirzə Əlibəyov respublikamızda vətəndaşların əmək hüquqlarının təminatı məsələsinin təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin dünya standartlarına uyğunlaşdırılması, əmək qanunvericiliyinin iş yerlərində tətbiqinə dövlət nəzarətinin gücləndirməsi istiqamətində görülən tədbirlərdən danışıb.

Müşavirədə 9 nömrəli bölgə üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rasim Rəhimov çıxış edərək, dünyada hər gün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində orta hesabla 5 mindən çox insanın dünyasını dəyişdiyini, hər il tikinti meydançalarında ən azı 60 min ölümlə nəticələnən bədbəxt hadisələrin baş verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 2008-ci ildə cənub bölgəsində 4 bədbəxt hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Xoşbəxtlikdən ötən il və bu ilin birinci rübündə bölgə üzrə istehsalatda bədbəxt hadisənin qeydə alınmadığını qeyd edən R.Rəhimovun fikrincə, sahibkar işəgötürənlər bəzən əmək qanunvericiliyinə və əməyin mühafizəsi sahəsində normativ sənədlərə əməl etmir, işçilərlə əmək müqaviləsi bağlamır, bu isə nəticə etibarı ilə bədbəxt hadisələrin baş verməsinə və xəsarət alan işçinin sosial təminatlarının ödənilməsində ciddi problemlərin yaranmasına səbəb olur.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR