Bank Of Baku

Moskvada 16 yaşadək uşaqların gecə saatlarında küçədə olmasına demək olar ki, tam qadağa qoyulacaq

Moskvada 16 yaşadək uşaqların gecə saatlarında küçədə olmasına demək olar ki, tam qadağa qoyulacaq
# 14 aprel 2010 04:02 (UTC +04:00)
Bakı-APA. Moskva şəhər Dumasının deputatları bu gün paytaxtın İnzibati Məcəlləsinə düzəlişlər edəcək. Həmin düzəlişə əsasən 16 yaşadək uşaqların gecə əyləncələrinə qadağa nəzərdə tutulur. APA-nın “Exo Moskvı” radiostansiyasına istinadən verdiyi xəbərə görə, yeni qaydalar həddi buluğa çatmamış şəxslər üçün saat 23:00-dan 06:00-dək nəinki gecə əyləncə yerlərində, həmçinin vağzallarda və meydanlarda valideynlərinin və ya digər yaşlı nümayəndələrin müşayiəti olmadan gəzmək qadağan olunmasını nəzərdə tutur.

Lakin seks-şop, bukmeyker kontorları və totalizator kimi tədbirlərdə 18 yaşadək yeniyetmələrin sutkanın istənilən saatlarında olmaq qadağandır.

Xatırladaq ki, bir neçə il əvvəl şəhər hakimiyyət orqanları uşaqlar üçün saat 23:00-dan 07:00-dək komendant saatı tətbiq edib və bununla da valideynlərin, yaxud qəyyumların müşayiəti olmadan uşaqların əyləncə müəssisələrində olmasına qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR