Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 101 akt və protokol tərtib olunub

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 101 akt və protokol tərtib olunub
# 14 aprel 2010 07:20 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2010-cu ilin 16-31 mart tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 101 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilib. Ümumilikdə 28 iş üzrə 71730 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 8221,3 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 36 iş üzrə 7757,57 manat məbləğində iddia qaldırılmış, ondan 3907,5 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 124 iş üzrə 16769,33 manat məbləğində ödəmə tətbiq edilib, ondan 13388,42 manat ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 8 işdən 3-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilib 9 işdən 4-nə baxılaraq müvafiq tədbir görülüb. Məhkəmələrə göndərilən 27 işə baxılmayıb.

Su ehtiyatlarının mühafizəsi üzrə 26 akt və protokol tərtib olunmuş və müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 7 icrası məcburi olan göstəriş verilib. 12 iş üzrə 39700 manat məbləğində cərimə tətbiq edilib.

Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 7 akt və protokol tərtib olunub.

Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 2 akt tərtib edilib, 4 iş üzrə 355 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 450 manatın ödənilməsi təmin olunub.

Yerin təkinin mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 12 akt və protokol tərtib edilib. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 28 akt və protokol tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR