Bank Of Baku

Muğanlı-İsmayıllı avtomobil yolu yenidən bağlanıb

Muğanlı-İsmayıllı avtomobil yolu yenidən bağlanıb
# 14 aprel 2010 07:57 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov - APA. Muğanlı-İsmayıllı avtomobil yolunun bir neçə ərazisində baş verən torpaq sürüşməsi nəticəsində nəqliyyatın hərəkəti dayanıb. İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin müdiri Məhəmməd Musayev APA-nın yerli bürosuna bildirib ki, hadisə aprelin 13-də axşam saatlarında yolun 10-cu kilometrliyində baş verib. İki saata yaxın nəqliyyatın hərəkəti məhdudlaşsa da, texnikanın köməyi ilə yolun hərəkət zolağının bir hissəsi açılıb. Aprelin 14-ü səhər saatlarında həmin yol yenidən dağılıb: “Hal-hazırda 40 kilometrlik Muğanlı-İsmayıllı yolunun 1, 2, 8, 10, 11, 26 və 27-ci kilometrlik hissələrində torpaq sürüşməsi davam edir. Yolda böyük yarğanlar əmələ gəlib. Hal-hazırda ərazidə güclü leysan yağışları yağır və torpaq sürüşməsi yolun hər iki tərəfində davam edir. Getdikcə yol daralır. Dünən səhər saatlarından əraziyə İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin 12 müxtəlif təyinatlı texnikası və 25 işçisi cəlb olunub. Sürüşmə daim aktiv olduğu üçün biz orada növbə çəkirik və yol dağıldıqca əraziyə daş tökürük, nəqliyyatın birtərəfli hərəkəti üçün şərait yaradırıq. Yağış və torpaq sürüşməsi dayanmasa, alternativ yolun çəkilişi mümkün deyil”.

M. Musayevin sözlərinə görə, yolda hərəkət bu gün saat 6.00 radələrində bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR