Bank Of Baku

AİB Həmkarlar İttifaqı Platforması yaradacaq

AİB Həmkarlar İttifaqı Platforması yaradacaq
# 04 may 2010 06:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) üzv dövlətlərin təmsil etdiyi bölgədə Həmkarlar İttifaqı Platformasını yaratmaq niyyətindədir.

AİB-dən «APA-Economics»ə verilən məlumata görə, hazırda bununla bağlı məsələlər müzakirə olunur, dialoq aparılır. Yaradılması nəzərdə tutulan Həmkarlar İttifaqı Platforması qeyri-hökumət təşkilatları (QHT) ilə əlaqələrin inkişafına təkan verəcək: «Hazırda AİB-in tərkibində buna oxşar struktur mövcuddur və sözügedən platformanın bu struktur çərçivəsində yaradılması nəzərdə tutulur».

Qeyd edək ki, hazırda AİB-in Asiya regionunda maliyyələşdirdiyi bir sıra layihələrdə QHT-lər də fəal iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR