Bank Of Baku

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
# 04 may 2010 06:37 (UTC +04:00)
Bakı . Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə aprel ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirin. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprel ayının III ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının II ongünlüyünə nisbətən 370 m3/san artaraq 904 m3/san təşkil edob.

Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
“Şıxlı-2” məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 3, mis birləşmələri 4, Ağstafaçay məntəqəsində fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 2 dəfə yol verilən qatılıq həddindən (YVQH) artıq olub.

Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 331 m3/san təşkil edib. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar və mis birləşmələri 2 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5,80-7,63 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR