Bank Of Baku

Azərbaycan dövlət büdcəsindən məktəbəqədər təhsilə yönəldilən xərclər son 4 ildə 3 dəfə artıb

Azərbaycan dövlət büdcəsindən məktəbəqədər təhsilə yönəldilən xərclər son 4 ildə 3 dəfə artıb
# 04 may 2010 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin əvvəlinə Azərbaycandakı 1 635 məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq təlim və tərbiyə alıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məktəbəqədər təhsil müəssisələrinin 1 115-i körpələr evi-uşaq bağçası, 479-u uşaq bağçası, 36-sı körpələr evi və 5-i kompleks məktəb-uşaq bağçası kimi fəaliyyət göstərir. Onlardan 1 625-i və ya 99,4%-i ümumi təyinatlı, 10-u sanatoriya və xüsusi təyinatlıdır. Bu müəssisələrdə təlim və tərbiyə alanların 72%-i şəhər, 28%-i kənd yerlərinin payına düşür. Ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə 87, o cümlədən şəhər yerlərində 84, kənd yerlərində 97 uşaq düşür. Bu müəssisələrin 1 015-i və yaxud 62%-i altıgünlük, 620-si və ya 38%-i beşgünlük iş rejimi ilə işləyir.

Məktəbəqədər təhsil müəssisələrinin 99,5%-i, o cümlədən şəhər yerlərində 99,4%-i, kənd yerlərində 99,8%-i kadrlarla tam təmin olunub. Cari ilin əvvəlinə həmin müəssisələrdə uşaqların təlim və tərbiyəsi ilə məşğul olan 13,5 min pedaqoji işçinin 10,2 min nəfərini və ya 76%-ni tərbiyəçilər təşkil edir, bir tərbiyəçiyə orta hesabla 12 uşaq düşür. Pedaqoji işçilərin hər dörd nəfərindən birinin ali, 65%-nin orta ixtisas təhsili var. Ali təhsillilərin 90%-i, orta ixtisas təhsillilərin isə 88%-i pedaqoji təhsilə malikdir. Pedaqoji işçilərin 77%-nin iş stajı 10 ildən çoxdur.

Son 5 il ərzində ölkədə 6 533 yerlik 58 yeni məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilib. Ötən il dövlət büdcəsindən məktəbəqədər təhsilə çəkilən xərclər əvvəlki illə müqayisədə 24%, 2005-ci illə müqayisədə isə 3,3 dəfə artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR