Bank Of Baku

Kür çayında suyun səviyyəsi artmaqda davam edir

Kür çayında suyun səviyyəsi artmaqda davam edir
# 04 may 2010 08:04 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, bu gün səhər Kürün Zərdab məntəqəsində artım sutkada 14 sm, Sabirabadın Surra məntəqəsində 19 sm, Şirvanda 23 sm, Salyanda 13 sm, Neftçalanın Bankə qəsəbəsində 8 sm təşkil edib.

A. Verdiyev deyib ki, dünən və bu gün səhər Mərkəzi Aran rayonlarında düşən yağıntı əvvəlki günlərə nisbətən az olub. Lakin bu, Kürdə suyun səviyyəsinin artmasına təsir etməyib. Səviyyənin artmasının səbəbi güclü yağıntılar nəticəsində Kürə tökülən çaylarda sululuğun kəskin artmasıdır. A. Verdiyev yaxın iki gün ərzində də Kürdə səviyyənin artımının davam edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR