Bank Of Baku

Salyan rayonunda 2 mindən çox evin həyəti qrunt suları ilə dolub

Salyan rayonunda 2 mindən çox evin həyəti qrunt suları ilə dolub
# 04 may 2010 08:32 (UTC +04:00)
Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov məlumat verib. Komissiya sədrinin bildirdiyinə görə, dünəndən bu günə çayın səviyyəsi 8 santimetr qalxıb. Hal hazırda 50-dən çox yük maşını, 12-dən çox müxtəlif növ yükləyici və ekskavator, Fövqəladə Hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfati” ASC-nin texnikası və canlı qüvvələri, bütün idarə və təşkilatların nümayəndələri bəndatma işlərinə cəlb olunublar.
10 mindən çox torpaqla doldurulmuş kisə bəndlərin üzərində olan təhlükəli yerlərə yerləşdirilib. Həyətlərində münasib şəraitləri olmayan 40-dan çox ailə evlərindən köçürülüb. Komissiya sədri onu da bildirdi ki, bəndlərin yarılma təhlükəsi olmasa da, Kürün səviyyəsi durmadan artarsa, vəziyyət nəzarətdən çıxa bilər və bəndlər yarıla bilər. Rayonun Babacanlı kəndində də böhran vəziyyət yaşanır. Saat 11.15 radələrindən başlayaraq rayon ərazisində yağış yağmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR