Azərbaycanda əhalinin sosial rifahı ilə bağlı sorğu keçirilib
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) Dünya Bankının metodologiyası və tövsiyələrinə uyğun olaraq, 2009-cu ildə ölkənin bütün iqtisadi rayonlarını əhatə etməklə reprezentativ seçmə üsulu ilə rübdə 4 250 ev təsərrüfatında sorğu keçirib və həmin ev təsərrüfatlarında orta hesabla 16 434 şəxs sorğuya cəlb olunub.
DSK-dan «APA-Economics»ə verilən məlumata görə, tədqiq edilmiş ailələrin 28,1%-i iri şəhərlərdə, 22,2%-i rayon mərkəzlərində, 49,7%-i isə kənd yaşayış məntəqələrində məskunlaşıb. Baş məcmuya uyğun olaraq tədqiqata cəlb olunan ev təsərrüfatlarından 4%-i Abşeron, 11,9%-i Gəncə-Qazax, 7,5%-i Şəki-Zaqatala, 7,4%-i Lənkəran, 5,3%-i Quba-Xaçmaz, 24,3%-i Aran, 5,5%-i Yuxarı Qarabağ, 5,1%-i Dağlıq Şirvan, 3,1%-i Kəlbəcər-Laçın, 6,7%-i Naxçıvan iqtisadi rayonları və 19,2%-i Bakı şəhərini əhatə edib.
Ölkədə aparılan sosial-iqtisadi islahatların nəticəsi olaraq, minimum əmək haqqı, pensiya və müavinətlər, büdcədən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılması, eyni zamanda ünvanlı sosial yardım mexanizminin tətbiq olunması ilə bağlı əhalinin adambaşına orta aylıq gəlirləri də tədricən artır. Belə ki, əhalinin adambaşına orta aylıq sərəncamda qalan gəlirləri 2008-ci ilə nisbətən 8,2% artaraq 211,4 manata çatıb. Gəlirlərin quruluşuna nəzər saldıqda, onun 58%-nin məşğulluq və özüməşğulluqdan əldə edildiyi, 15,3%-nin kənd təsərrüfatı fəaliyyətindən, 15,7%-nin pensiya və sosial müavinətlərdən, 1,1%-nin əmlak və icarədən, 9,9%-nin isə digər gəlirlərdən ibarət olduğu müşahidə olunur. Eyni zamanda, 2008-ci ilə nisbətən həm şəhər və həm də kənd yerlərində məşğulluqdan və özüməşğulluqdan əldə edilən gəlirlər, eləcə də pensiya və müavinətlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb.
Əhalinin ayda adambaşına orta pul gəlirləri tədqiq edilən zaman məlum olub ki, 2009-cu ildə 65 manata qədər pul gəlirinə malik olan əhali qrupu müşahidə edilməyib, 65-80 manat gəliri olan əhalinin xüsusi çəkisi 6,9%, 80-100 manat - 21,7%, 100-120 manat - 19,8%, 120-150 manat - 24,2%, 150-200 manat - 17,1%, 200-280 manat - 7,3%, 280 manatdan çox pul gəliri olan əhalinin xüsusi çəkisi isə 3% olub.
Bundan başqa, Azərbaycanda yoxsulluq həddi 2001-ci ildəki 24 manatdan 3,7 dəfə artırılaraq 2009-cu ildə 89,5 manata çatdırılıb. Yoxsulluq səviyyəsi isə bu müddətdə 4,5 dəfə azalaraq 49%-dən 2009-cu ildə 10,9%-ə enib.
Aparılmış tədqiqatın nəticələri göstərir ki, 2008-ci illə müqayisədə 2009-cu ildə çörək və çörək məhsullarından başqa, bütün növ ərzaq məhsullarının orta illik adambaşına istehlakı artıb.
Son illərdə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəlməsi ilə bağlı meyvə, giləmeyvə və tərəvəz məhsullarının istehlakı artmaqda davam edir. Belə ki, 2008-ci illə müqayisədə bu məhsulların istehlakı müvafiq olaraq 9,4% və 6,1% artıb. Çörək və çörək məhsullarının qida rasionunda nisbi azalması, digər məhsulların tərkibinin zənginliyinə və beynəlxalq normativlərə uyğun olaraq ümumilikdə insan inkişafı potensialının artmasına dəlalət edir.
Bununla yanaşı, 2009-cu ildə gündəlik qida rasionunun kaloriliyi əvvəlki ilə nisbətən artaraq sutkada 2 563,6 kKal təşkil edib. Bu isə minimum istehlak səbətinin tərkibində müəyyən olunmuş ərzaq məhsulları toplusunun minimal həddindən (sutkada adambaşına 2 258 kKal) 305,6 kKal yaxud 11% yüksəkdir.
Əhali tərəfindən istehlak olunan ərzaq məhsullarının artması, qida rasionunun quruluşunu dəyişdirərək, onu tərkibi daha rasional və zəngin olan çoxkalorili, zülallı modelə çevirib. İstehlak edilmiş məhsulların tərkibində sutkada adambaşına zülallı maddələr 74,9 qram, yağlar 71,2 qram, karbohidratlar isə 460,9 qram olub.
Aparılmış tədqiqatın nəticəsində əhalinin gəlirləri və istehlak xərcləri haqqında sosial-demoqrafik məlumatlarla yanaşı əhalinin sağlam həyat tərzi, mənzil şəraiti və digər məlumatlar da əldə olunub. Belə ki, sorğu olunanların 77,3%-i öz sağlamlığını yaxşı, 19,6%-i qənaətbəxş və yalnız 3,1%-i pis qiymətləndirib. Yaş qrupları üzrə əhalinin öz sağlamlığını qiymətləndirməsinə nəzər saldıqda məlum olur ki, 15-44 yaşda olan əhalinin mütləq əksəriyyəti (90%) özünü olduqca sağlam hesab edir, 45-64 yaşlarında - bu göstərici 71,8%-ə və 65 və yuxarı yaşlarında isə 28,2%-ə qədər azalır. Sağlamlıqlarını pis dəyərləndirənlər əsasən 70 və yuxarı yaşlı qocalardır.
Tədqiqatın nəticələrinə görə, 16 və yuxarı yaşda olan qadınların 67,3%-i dünyaya uşaq gətirib və birinci uşağı doğulan zaman onların orta yaşı 22,7 olub, 50 və yuxarı yaş qruplarında olan qadınların isə 93,1%-dən çoxu uşaq doğub.
Əhalinin sağlamlıq vəziyyəti bir neçə amildən, əsasən də əhalinin yaşayış tərzindən asılıdır. Yaşayış tərzi özlüyündə bir sıra məsələləri əks etdirir ki, bunlardan da idmanla məşğul olmanı, əmək vərdişlərini, iş şəraitini, mədəni-mənəvi istirahəti, siqaretə meylliliyi və s. göstərmək olar. Tədqiqatın məlumatlarına əsasən, 16 və yuxarı yaşlı kişilərin 25,1%-i və eyni yaşda olan qadınların təxminən 7,7%-i idmanla məşğul olur. Həmin yaşda olan əhalinin təxminən 17,1%-i siqaret çəkir, kişilər arasında bu zərərli vərdiş 36,3%, qadınlar arasında isə çox az rast gəlinir (0,016%). Siqaret çəkən kişilər orta hesabla gündə 16,1 ədəd olmaqla 18,6 ildir siqaret çəkirlər. Siqaret çəkən kişilərin 5,5%-i gündə 20 ədəddən çox siqaret çəkir.
Aparılmış tədqiqatın nəticəsi həmçinin göstərir ki, ölkə əhalisinin orta statistik çəkisi 67,2 kq, boyu isə 166,8 sm olub. Kişilərin orta çəkisi 70,4 kq, boyu 170,3 sm, qadınların isə orta çəkisi 64,3 kq, boyu 163,7 sm olub. Bədənin çəkisinin orta indeksinin hesablanması zamanı maraqlı məlumatlar əldə olunub. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, bu indeks 18-dən azdırsa - çəki normadan azdır, 18-25 çəki normaldır, 25-30-da - piylənmə ərəfəsindədir, 30-dan yuxarı - həddən artıq piylənmə kimi dəyərləndirilir. Tədqiqatın yekunlarına görə, bədənin çəkisinin orta indeksi Azərbaycanda 24,1 təşkil edir ki, bu da çəkinin normal olması deməkdir.
Məlumatların təhlili göstərir ki, 16 və yuxarı yaşda olan əhalinin 1,5%-nin çəkisi normadan aşağı, 49,1%-nin – normaya yaxın, 42,7%-i – köklüyə və piylənməyə meylli və 6,7%-i şişmandır. Kişilərin 46%-i, qadınların 52%-i normal boy/çəki əmsalına malikdirlər. Piylənmə əsasən 40 yaşdan yuxarı əhali arasında müşahidə olunur, 45-64 yaşda olan qadınların 13%-dən çoxu piylənmədən əziyyət çəkir.
Tədqiqatın məlumatlarına görə ailələrin 66,6%-i, o cümlədən şəhər yerlərində 47,9%-i və kəndlərdə 88,3%-i ayrıca mülklərdə yaşayır. Mənzillərin özəlləşdirilməsi sahəsində aparılan islahatlar nəticəsində ailələrin əksəriyyəti özəlləşdirilmiş evlərdə yaşayır.
Tədqiqatın nəticələri göstərir ki, bir nəfər sakinə düşən ümumi sahənin ölçüsü orta hesabla 18 kv. metr, o cümlədən şəhər yerlərində 16,2 kv. metr, kənd yerlərində 20,1 kv. metr, yaşayış sahəsinin ölçüsü isə müvafiq olaraq 12,6, 11,4 və 14 kv. metr olub. Əhalinin 51,8%-i mənzilinin ümumi sahəsi 10-20 kv. metr olan yaşayış evlərində, 22,2%-i 20-30 kv. metrədək, 14,1%-i 30 kv. metrdən çox, 11,9%-i isə 10 kv. metrədək olan evlərdə yaşayır.
Ev təsərrüfatlarının 67,5%-i iki və üç otaqlı mənzillərə, 27,9%-i dörd və daha çox otağı olan mənzillərə malikdirlər. Ailələrin 4,6%-i isə bir otaqlı mənzillərdə yaşayır.
Mərkəzi isitmə sistemində yaranmış çətinliklər və bu sahədə aparılan islahatlarla əlaqədar hazırda ev təsərrüfatlarının cəmi 12,7%-i (şəhər yerlərində 22,6%-i) bu xidmətdən istifadə edir ki, onlar da əsasən müxtəlif şirkət və təşkilatların fərdi qaydada tikdikləri binalardadır. Bununla əlaqədar olaraq fərdi qızdırıcılardan istifadə edən ev təsərrüfatlarının xüsusi çəkisi 61,5%-ə qalxıb. Ölkə üzrə ev təsərrüfatlarının 66,3%-i telefonlaşdırılıb. Şəhər yerlərində bu göstərici daha yüksək olaraq 86,7%-ə, kənd yerlərində isə 42,7%-ə bərabərdir. Mobil telefon rabitəsindən istifadə edən ailələrin xüsusi çəkisi ötən ilə nisbətən 3,8% artaraq 85,5%-ə yüksəlib. Geniş şəbəkəyə malik olan mobil telefon istifadəçilərinin sayı əhalinin hər min nəfərinə 2008-ci ildəki 699 istifadəçiyə qarşı 2009-cu ildə 864 istifadəçi təşkil edib.
Əhalinin həyat səviyyəsini səciyyələndirən digər vacib göstəricilər - ailələrdə uzun müddət istifadə olunan mədəni-məişət və təsərrüfat təyinatlı əşyaların mövcudluğudur. Ev təsərrüfatlarının 91,9%-ində rəngli təsvirli televizorlar mövcud olub və ötən ilə nisbətən bu göstərici 1,8 faiz bəndi artıb, şəhər yerlərində isə bu göstərici 95,6%-ə bərabərdir. Soyuducu 94,7% ailələrdə mövcuddur. Son illərdə peyk antenalardan istifadə xeyli artıb və ailələrin 29,9%-ində istifadə olunur. Nəzərə alınmalıdır ki, yayımlanan daha çox peyk üzrə fərqli televiziya kanallarını seyr etmək üçün bir sıra ailələrdə iki və daha çox peyk antenası və ya əlavə yayım qurğusu quraşdırılıb. Fərdi kompüterlərdən istifadə edən ailələrin xüsusi çəkisi isə 0,9 faiz bəndi artıb.

Sosial
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb