Bank Of Baku

“Avrointeqrasiya prosesində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun rolu” mövzusunda konfrans keçirilib

“Avrointeqrasiya prosesində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun rolu” mövzusunda konfrans keçirilib
# 04 may 2010 09:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Milli QHT Forumu və Humanitar Tədqiqatlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Avrointeqrasiya prosesində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumunun rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, konfrans QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi “Qarabağ həqiqətlərinin yerli və beynəlxalq QHT-lər vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində keçirilir. O, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının Milli QHT Forumunun əsas istiqamətlərindən biri olduğunu deyib: “Biz istəyirik ki, yeni tədqiqatlar aparaq və müəyyən edək ki, daha hansı yolla bu həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilərik. Hazırda biz araşdırmalar aparırıq və bunun nəticələrini ictimaiyyətə təqdim edəcəyik”.

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov mövzu ətrafında məruzə ilə çıxış edib. O bildirib ki, Avropa Birliyi ilə Azərbaycanın əlaqələrində prioritet istiqamətlərdən biri də vətəndaş cəmiyyətinin bu prosesdə iştirak etməsidir. O yerli QHT-lərin beynəlxalq təşkilatlarda təmsil olunma yolları və imkanları, bunun üçün atılmalı olan addımlar barədə məlumat verib.

Tədbirdə mövzu ətrafında müzakirə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR