Mütəxəssis: “Ağsu aşırımındakı iaşə müəssisələri təcili bağlanmalıdır”
Ş. Niftiyev bildirib ki, dünən və bu gün “Qaynar xətt”ə ölkə ərazisində 11 sürüşmənin baş verməsi haqqında məlumat daxil olub: “Dağlıq və dağətəyi zonaların ərazisində sürüşmələrdə intensivlik müşahidə olunur. Ümumiyyətlə, ölkə ərazisində son illər ərzində apardığımız müşahidələr nəticəsində 178 sürüşmə sahəsi olduğu müəyyənləşib. Bu sahələrin üzərində vaxtilə həm monitorinqlər, həm geoloji işlər aparılıb. Bunların əksəriyyəti stabilləşmiş sahələrdir. Lakin bu stabilləşmə o demək deyil ki, birdəfəlik bu sahədə sürüşmə olmayacaq. Sürüşmə proseslərində dövri olaraq aktivləşmə gedir”. Ş. Niftiyev bildirib ki, sürüşmə sahələri üzərində ETSN tərəfindən ayda 4 dəfə monitorinq aparılır, nəticədə aylıq bülletenlər tərtib olunur və hər ayın sonuncu günü həmin bülletenlər respublikanın aidiyyəti orqanlarına göndərilir: “Sürüşmələrin böyük əksəriyyəti Böyük Qafqazın ətəkləri boyunca və Dağlıq Talışda baş verir. Goranboyun Aşağı Ağcakənd kəndində, Goranboy-Ağcakənd yolunun 32-ci km-də lokal bir sahədə də sürüşmə olmuşdu. Lokal sahə olsa da, sürüşmə böyük ziyan vurdu. Tovuzun Qəriblər kəndində baş verən sürüşmə də olduqca lokal sürüşmə sahəsi idi, nəticədə 5 nəfər həyatını itirdi. Daşkəsəndə fevral ayında alunit istehsal sahəsində sürüşmə olmuşdu. Biz orada olarkən proqnozlaşdırırdıq ki, aşağıda, Alunitdağ qəsəbəsi tərəfində də sürüşmə davam edəcək. Daşkəsəndə Mollahəsənli kəndində də sürüşmə olub. Bu, 1990-cı illərdən olan sürüşmə sahəsidir. Keçən il aktivləşdi, bu il də ciddi ziyan vurdu. Dünən aldığımız məlumata görə, bu sürüşmə sahəsi yenə də aktivləşib. Tovuzun Qəriblər kəndi ilə yanaşı, Əsrik və Çataq kəndlərində də sürüşmə prosesləri aktivləşib. Xoşbəxtlikdən orada əkin sahələrinə ziyan dəyib”.
Mütəxəssisin sözlərinə görə, bu il qeydə alınan sürüşmələrin hamısının aktivləşməsinin yalnız bir səbəbi var. Bu da atmosfer çöküntülərin həddən artıq düşməsidir. Sürüməyə meylli ərazilərə düşən atmosfer yağıntılarının miqdarı normadan həddən artıq çoxdur: “Qubanın Qonaqkənd yolunda sürüşmələr aktivləşib. Qubada 25 sm-ə yaxın qar yağıb. Bir tərəfdən qar, bir tərəfdən də yağan yağışlar Quba-Qonaqkənd, Quba-Xınalıq yolunda, həm də Güləzi kəndində sürüşmələri aktivləşdirəcək. Sabah və birisi gün bu yollarda sürüşmələr tam aktivləşəcək”.
Ş. Niftiyev deyib ki, Ağsu aşırımından keçən yol təmir olunarkən yolun yamacı çox genişləndirilib və kəsilib: “Onsuz da ora dayanaqsız yamac idi. Bir tərəfdən də yamacın kəsilməsi mənfi təsir göstərib. Ağsu aşırımının uzunluğu 14 km-dir. Fevral ayında orada tədqiqat işləri aparanda, gördük ki, bu aşırımda 41 iaşə müəssisəsi var. Bu müəssisələrin hər biri gün ərzində çox yox, 300 litr su işlətsə, yamaca buraxılan kanalizasiya sularının miqdarı yamacın sürüşməsi üçün bəs edər. Bu yamacda antropogen təsir, yəni insan amili tam məhdudlaşmalı, oradakı iaşə müəssisələri təcili bağlanmalıdır. Əks təqdirdə, Ağsu aşırımında yolu mühafizə etmək çox çətin olacaq”. Mütəxəssis deyib ki, Ağsu aşırımı ilə bağlı tərtib olunan son arayış Azərbaycan Nazirlər Kabinetinə göndərilib: “Nazirlər Kabinetindən bizə və Nəqliyyat Nazirliyinə göndərilən məktubda qeyd olunur ki, Ağsu aşırımının mühafizəsi ilə bağlı işçi qrup yaradılsın və tədbirlər planı hazırlansın. Aşırımın 21 sahəsində sürüşmə var. Bu il qeydə alınan 110 sürüşmənin 21-i Ağsu aşırımında, 11-i İsmayıllı-Muğanlı yolunda, 11-i Qonaqkənd yolundadır. Mühafizə tədbirləri görülməsə, Ağsu aşırımında vəziyyət daha da ağırlaşacaq. Hazırda 146, 147-ci və 153-cü km-də yol o qədər daralıb ki, orada artıq bir maşın çox çətinliklə keçir. Həmin proses İsmayıllı-Muğanlı yolunun 10 və 11 km-də də gedir. İkitərəfli sürümə nəticəsində həmin ərazidə bir minik maşınının keçməsi belə təhlükəlidir. Hazırda Ağsu yolunda təmir işləri aparılır. Lakin bu təmir işləri heç bir geoloji əsaslandırma aparılmadan həyata keçirilir. Dəqiq araşdırma aparılmalıdır ki, bu yolu necə mühafizə etmək olar. Çox güman ki, Ağsu aşırımına alternativ yolun çəkilməsinə ehtiyac qalacaq”.
Sürüşməyə meylli ərazilərdəki əhali yerlərdə çatlar və ya torpaq axını müşahidə etsə, dərhal bununla bağlı aidiyyəti orqanlara xəbər verməlidir. Ş. Niftiyevin sözlərinə görə, Azərbaycan əhalisinin ekoloji maarifləndirməsi çox zəifdir: “Bilməliyik ki, təbiətə nə ziyan vururuqsa, o ziyan özümüzə qaytarılacaq. Dağətəyi kəndlərdə əkin-biçin sahələri dağətəyi yamaclarda yerləşir. Kəndlərdə əkin işləri, tikinti işləri aparılarkən yamacların dayanıqlığı pozulmamalıdır. Heç kimlə razılaşdırma aparmadan yamacın dayanıqlığını pozurlar. Tikinti aparırlar, sonra da problemlər yaranır. Tovuzun Qəribli kəndində baş vermiş sürüşmənin səbəbkarları qurbanların özləri olublar. Yamacı yarıb, orada özlərinə ev tikiblər. Həmin yamac boyu axması mümkün olan kütlənin eni cəmi 16 metrdir. Həmin kütlə də axıb gəlib, evi alıb cənginə. Biz bütün kəndlərdə bu sözü deyirik. Yamaclarda ağac əkilməsi həyata keçirilməlidir. ETSN tərəfindən meşə massivlərin salınması bütün ölkə boyu həyata keçirilir, lakin bu prosesə sadə insanlar da qoşulmalıdır. Digər problem isə kəndlərdə kanalizasiya sisteminin olmamasıdır. Kənd əhalisinin istifadə etdiyi tullantı suyunun hamısı yamaclara buraxılır. Bu da yamacın nəmləndirilməsini sürətləndirir”.
Sosial
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
Xəbər Lenti
Rusiya ordusu Zaporojyedə enerji obyektlərinə zərbələr endirib
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
30 il əvvəl törədilən qətllə bağlı cinayət işi məhkəməyə göndərilib
Pakistanda təhsil mərkəzinin damı uçub, 14 uşaq ölüb
Yasamal RİH vətəndaşın evinin qanunsuz sökülməsi iddialarına aydınlıq gətirib
Litvanın yeni Baş naziri seçilib
Ceyhun Bayramov ICMP-in baş direktoru Katrin Bomberger ilə görüşüb
Dilçilik İnstitutu: Yeni orfoqrafiya lüğətini izafət birləşmələrindən təmizləyirik, 175 280 söz üzərində iş gedir
PAŞA Sığorta su altında qalan avtomobilə 77 156 manat sığorta ödənişi edib
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutulub - VİDEO
Şuşada TDT-yə üzv ölkələrin dini qurum rəhbərlərinin ilk görüşü keçirilib - FOTO - YENİLƏNİB
TDT-yə üzv ölkələrin dini qurum rəhbərləri Şuşa ilə tanış olublar - FOTO
Azərbaycan dili fənni üzrə test imtahanının nəticələri açıqlanıb
İsrailin qondarma “erməni soyqırımı” qərarı: Türkiyənin yanında ilk dayanan yenə Azərbaycan oldu - TƏHLİL
İyunun 21-də keçirilən imtahanların nəticələri elan olunub
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
Azərbaycanın gələn il “Uşaq Avroviziyası”nda iştirak etməməsinin səbəbi açıqlanıb
Milli Məclisin Dəstək Qrupu Korsika xalqına ən geniş muxtariyyət statusunun verilməsinə çağırış edib
Akademik tanınma şəhadətnaməsi üçün müraciət tarixi uzadılıb
PAŞA Sığorta yol qırağında dayanmış avtomobilə dəyən zərəri ödəyib
Qeyri-qida istehlak mallarıyla əlaqədar idxal nəzarət mexanizmi yaradılır
Satınalan təşkilatlarla bağlı avans təminatına dair hüquqi əsas formalaşdırılır
“ASAN xidmət” təcrübəsi Esvatinidə tətbiq olunacaq
Neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor üçün yeni güzəşt müəyyənləşir
Paytaxtda 7 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycanın beynəlxalq təşkilatlarda diplomatik zəfərləri: Uğurlu xarici siyasət kursu - TƏHLİL
AYİB-in manatla buraxdığı istiqrazlar üzrə kupon ödənişi ediləcək
İran XİN: Dohada ABŞ-la ayrıca görüş planı yoxdur, müzakirələr memorandumla bağlıdır
Şuşada TDT-nin dini qurum rəhbərlərinin Birinci görüşünün yekun kommünikesi imzalanıb - FOTO
Xankəndi və Xocalı sakinləri üçün yeni peşə hazırlığı kursuna başlanıb
MegaSec regionda süni intellekt və kibertəhlükəsizlik sahələrində yerli texnologiya ekosistemini gücləndirir - FOTO
Rutte: ABŞ-ın NATO-dan uzaqlaşdığına dair iddialar həqiqəti əks etdirmir
Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
ƏƏSMN: İslahatlar sosial müdafiə xidmətlərinin daha əlçatan olmasına imkan yaradıb
FHN: Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-1
Samvel Karapetyan: Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün "məxfi planı"mız var
Mədəniyyət sahəsində qrant müsabiqələrinin keçirilməsi qaydası təsdiqlənib
Yeni peşə təhsili ixtisasları yaradılıb
Dövlət Komissiyası daha 6 itkin-şəhidin dəfn mərasimlərinə dair məlumat yayıb
Qətər XİN: Uitkoff və Kuşner bu gün Dohada İranla danışıqlar aparmayacaq
Baltik regionunda NATO-nun yeni hərbi komanda mərkəzi istifadəyə verilib
ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib
“Morgan Stanley” neft qiymətləri üzrə proqnozunu daha da aşağı salıb
Aİ Ukraynaya dron texnologiyası üçün 3,9 mlrd. avro ayırıb
Su hövzələrində təhlükəsizliyin təmin edilməsi mövzusunda müşavirə keçirilib
Ağcabədidə 6 kiloqram narkotik dövriyyədən çıxarılıb - VİDEO
Rusiyanın Altay Respublikasında yanacaq satışına iki aylıq məhdudiyyət tətbiq edilib