Bank Of Baku

Faşizm üzərində qələbənin 65 illiyi ilə bağlı tədbir keçirilib

Faşizm üzərində qələbənin 65 illiyi ilə bağlı tədbir keçirilib
# 04 may 2010 13:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mədəniyyət və Turizm Nazirliyi və Abşeron rayon İcra Hakimiyyəti faşizm üzərində qələbənin 65 illiyi ilə bağlı birgə tədbir keçiriblər. APA-nın məlumatına görə, prezidentin imzaladığı “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram”ın icrası məqsədilə təşkil olunan tədbirdə çıxış edən Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova Azərbaycandan müharibədə 600 min nəfərin iştirak etdiyini, onların 300 mininin həlak olduğunu deyib.

Tədbirə yazıçı və şairlər – Vidadi Babanlı, Fikrət Qoca, Fikrət Sadıq, Musa Yaqub, Oqtay Rza, İlyas Tapdıq, Aqşin Babayev və Maarif Soltan, Abşeron rayonunun ictimaiyyəti, o cümlədən müharibə veteranları da qatılıb. Şair və yazıçılar müharibə mövzusunda şeirlər oxuyub, müharibə xatirələrindən danışıblar.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən faşizm üzərində qələbənin 65 illiyi münasibətilə nəşr edilmiş “Öncə yer vardı” və “Külək qarı səpələr” adlı kitabların təqdimatı da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR