Bank Of Baku

“Erudit” intellektual televiziya oyununun növbəti seçim turları keçirilib

“Erudit” intellektual televiziya oyununun növbəti seçim turları keçirilib
# 04 may 2010 13:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən Sumqayıt şəhərinin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Erudit” intellektual televiziya oyununun “Dünya” Müstəqil Televiziya və Radio Şirkətində növbəti seçim turları keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıtda ilk dəfə keçirilən intellektual televiziya oyununa şəhər Gənclər və İdman Baş İdarəsi və “Dünya” Müstəqil Televiziya və Radio Şirkəti tərəfindən təşkilati dəstək verilir.

Sumqayıtdakı 7, 10, 13 və 36 saylı orta məktəblərin hər biri üç nəfərdən ibarət olan komandaları arasında komanda və fərdi yarışmalarda keçirilmiş doqquzuncu seçim turunda 7 saylı orta məktəbin “Dəryalar” komandasının üzvü, 11-ci sinif şagirdi Əliyev Rüstəm super finala vəsiqə qazanıb.

26, 28, 30 və 40 saylı orta məktəblərin hər biri üç nəfərdən ibarət olan komandaları arasında keçirilmiş onuncu seçim turunda isə 26 saylı orta məktəbin “Xudafərin” komandasının üzvü, 10-cu sinif şagirdi Mehriban Yusifova super finala vəsiqə qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR