Bank Of Baku

“Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsinin icrasına başlanılır

“Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsinin icrasına başlanılır
# 04 may 2010 14:39 (UTC +04:00)
Bakı – APA. “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qloballaşan dünyada ekoloji tərbiyə” layihəsinin icrasına başlayır. İctimai birlikdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Füzuli rayonunun Qayıdış qəsəbəsi və Xocavənd rayonunun məktəbliləri üçün seminarlar keçiriləcək. Adıçəkilən yaşayış məntəqələrinin Haramı düzündə yerləşdiyini nəzərə alaraq ictimai birlik bu ərazidə yaşayan məktəblilərin ekoloji cəhətdən maarifləndirilməsi, onlarda yaşıllıq salmaq təşəbbüslərinin gücləndirilməsini vacib hesab edir. Seminarlardan əlavə, həm yeni əkilmiş, həm də ötən illərdən əkilmiş ağaclara qulluq məqsədi ilə iməciliklərin, müxtəlif ekoloji şüarlar altında məktəblilər arasında idman yarışlarının keçirilməsi də nəzərdə tutulub.

Şagirdlərin ekoloji biliklərinin artırılması üçün ictimai birlik tərəfindən “Ekoloji tərbiyə” adlı kitabça nəşr edilib. İctimai birlik ilk seminarını bu həftə Qayıdış qəsəbəsində yerləşən 6 və 7 saylı orta məktəblərdə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR