Bank Of Baku

Şamaxının Məlikçobanlı kəndində su təchizatı sistemi yenilənib

Şamaxının Məlikçobanlı kəndində su təchizatı sistemi yenilənib
# 04 may 2010 14:43 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Şamaxı rayonunun Məlikçobanlı kəndində su təchizatı sistemi yenilənib. APA-nın məlumatına görə, sistemin yaxşılaşdırılması Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində reallaşıb. Mayın 6-da Məlikçobanlıda su təchizatı sisteminin yaxşılaşdırılması layihəsinin başa çatması münasibətilə açılış mərasimi keçiriləcək.

Qeyd edək ki, layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi və Məlikçobanlı kənd bələdiyyəsi arasında 2009-cu il oktyabrın 9-da imzalanıb. Layihənin icrasına 96 min 682 ABŞ dolları xərclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR