Bank Of Baku

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
# 04 may 2010 15:03 (UTC +04:00)
TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, imtahanda iştirak etmək üçün 15362 bakalavr ərizə verib, onlardan 447 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 6870 bakalavr imtahanı uğurla verərək ikinci mərhələyə vəsiqə qazanıb. Onlardan 3218 nəfəri oğlanlar, 3652 nəfəri isə qızlardır. İkinci mərhələyə keçən bakalavrların 4224 nəfəri ali məktəblərin bu ilki məzunlarıdır.

E. Nağızadə deyib ki, imtahanda iştirak etmiş bakalavrlardan 13 nəfəri sual kitabçasını, cavab kartını dəyişdirərkən, 1 nəfər isə imtahan zalına mobil telefon keçirməyə cəhd göstərib. Qeyd olunan hallar zal nəzarətçiləri və imtahan rəhbərləri tərəfindən aşkarlanıb və onlar imtahandan xaric olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR