Bank Of Baku

Tərtərçayda suyun səviyyəsinin qalxması körpülərə təhlükə yaratmır - FOTOSESSİYA

Tərtərçayda suyun səviyyəsinin qalxması körpülərə təhlükə yaratmır - <font color=red>FOTOSESSİYA</font>
# 04 may 2010 16:52 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. “Tərtərçayda suyun səviyyəsi nə qədər artsa da, üzərindəki körpülərə təhlükə yarada bilməz. Tərtər və Bərdə rayonları ərazisindəki körpülərin vaxtında möhkəmləndirilməsi bu gün ciddi problemlərin yaşanmasını aradan qaldırdı”. Bu sözləri APA-nın Qarabağ bürosuna Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov deyib.

Onun sözlərinə görə, çayda suyun miqdarı vaxtaşırı dəyişir. Təkcə may ayının 3-də səhər saatlarında Tərtərçayda suyun miqdarı saniyədə 37 kubmetr, günorta saatlarında 58 kubmetr, axsama doğru isə saniyədə 43 kubmetr olub. Böyükkişi Cümşüdov bildirib ki, ermənilər işğal altında olan Sərsəng və Modagez su anbarlarından saniyədə 100 kubmetrdən də çox su axıtsalar belə, hidroqovşağın axını idarə etmək imkanı var. İdarə rəisi onu da deyib ki, bu saatlaradək çayın məcrasını aşması qeydə alınmayıb. Amma çayqırağı ərazilərdə bir neçə obyektin və yaşayış binasının Tərtərçayın məcrasında inşa olunması bu tikililər üçün ciddi təhlükə törədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR