Bank Of Baku

Yunanıstanda ümummilli tətil keçirilir

Yunanıstanda ümummilli tətil keçirilir
# 05 may 2010 07:51 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Yunanıstanda ümummilli tətil başlayıb. “APA-Economics”in “Associated Press”ə istinadən məlumatına görə, ölkədə bütün aeroportlar bağlanıb, gəmi və qatarların hərəkəti dayanıb, Akropol muzeyi başda olmaqla muzeylər işləmir.

Aksiyada aviadispetçerlərin də iştirak etməsi ilə əlaqədar aviareyslər təxirə salınıb. Dövlət müəssisələrinin, həmçinin xəstələrə təcili yardım göstərilməsi ilə əlaqədar olmayan tibb müəssisələrinin əməkdaşları da tətilə qoşulub. Dünəndən tətilə başlayan ali məktəb müəllimləri aksiyanı bu gün də davam etdirəcəklər.

Aksiyanın təşkilatçıları özəl mağaza sahiblərinə müraciət edərək, onları aksiyaya qoşulmağa və bu gün dükanları açmamağa çağırıb. Yerli vaxtla saat 11.00-da Afinada yürüş-mitinq keçiriləcək. Aksiyanın təhlükəsizliyini 1500 polis əməkdaşı qoruyacaq.

Qeyd edək ki, ümummilli tətil hökumətin böhrandan çıxmaq üçün irəli sürdüyü təkliflərə etiraz məqsədi daşıyır. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu hazırda 300 mlrd. dolları ötüb və ÜDM-i 13,6% üstələyib. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Beynəlxalq Valyuta Fondu göstərəcəyi yardımın müqabilində Yunanıstandan ƏDV-ni yenidən qaldırmağı, dövlət qulluqçularına verilən bonusları ixtisar etməyi və onların maaşlarını 3 il müddətinə dondurmağı, müavinətlərin 5% ixtisar olunmasını və pensiya təminatı sistemində islahatlar aparılmasını, bununla da 2011-ci ilin sonuna kimi büdcə kəsirini 10 faiz bəndi azaltmağı tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR