Bank Of Baku

Zərdab rayonunda orta məktəblərdə dərslər bərpa olunub

Zərdab rayonunda orta məktəblərdə dərslər bərpa olunub
# 05 may 2010 08:58 (UTC +04:00)
Zərdab. Zahid Abışov – APA. Bu gündən etibarən Zərdab rayonundakı orta məktəblərin və uşaq bağçalarının fəaliyyəti bərpa olunub. APA-nın yerli bürosunun xəbərinə görə, rayon ərazisində Kür və Qarasu çaylarında suyun səviyyəsi bir neçə santimetr enib, vəziyyət nisbətən sabitləşib. Rayon mərkəzində yerləşən məktəblərdən birində vəziyyət ağır olduğundan şagirdlər 2 saylı şəhər orta məktəbinə köçürülüb.

Zərdab rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Rahib Nuriyev APA-nın yerli bürosuna bildirib ki, Kür və Qarasu çaylarında suyun səviyyəsi bir neçə santimetr düşsə də, bu gün səhər saatlarından başlayan yağış yenidən problemlər yaradıb. Yağış Kür və Qarasu çayı sahillərində bənd atma işlərinin aparılmasına, texnikanın işləməsinə maneçilik törədir. Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin 18, digər qurumların isə birgə 30 texnikası, idarə və müəssisə əməkdaşları bənd atma işləri aparırlar.

Məlumata görə, dünən Fövqəladə Hallar, Maliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarından ibarət 7 nəfərlik komissiya rayona ezam olunub. Təbii fəlakətdən ziyan çəkən ərazilərə baxış keçirəndən sonra komissiya üzvləri rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüş keçirib, yaranmış vəziyyəti müzakirə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR