Bank Of Baku

Azərbaycan paytaxtının “Sahil” bağında Gül Bayramı keçirilir - FOTOSESSİYA

Azərbaycan paytaxtının “Sahil” bağında Gül Bayramı keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 05 may 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahil” bağında Gül Bayramı təşkil olunub. APA-nın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş bayramda Səbail rayonu ərazisində yerləşən orta məktəblərin və uşaq bağçaları kollektivlərinin güllərdən hazırladığı müxtəlif kompozisiyalar, tablolar, applikasiyalar nümayiş etdirilib. Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, rayondan seçilmiş millət vəkilləri, idarə və təşkilatların rəhbərləri əl işlərinə baxıblar. Orta məktəb və uşaq bağçalarının güldən hazırladığı müxtəlif fiqurlar arasında Heydər Əliyevlə bağlı kompozisiyalar, Bakı şəhərinin və Səbail rayonunun simvolu olan Qız qalasının, Mömünə xatun türbəsinin, Bakı-Tiflis-Ceyhan neft kəməri marşrutunun xəritəsinin, Bakının gerbinin, Azərbaycanda ilk dəfə Bibiheybət buxtasında mexaniki üsulla qazılmış neft buruğunun maketləri var. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkillər qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Bayramda, həmçinin konsert təşkil olunub. Konsertdə tanınmış incəsənət xadimləri ilə bərabər, rayonun orta ümumtəhsil və musiqi məktəblərinin kollektivləri, həmçinin ARDNŞ-ın mədəniyyət saraylarının özfəaliyyət kollektivləri çıxış edib.

Qeyd edək ki, Gül Bayramı günün sonuna kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR