Bank Of Baku

“Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

“Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib
# 05 may 2010 09:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 1941-1945-ci illər müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş “Qadınların ön və arxa cəbhədə rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Respublika Veteranlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən komitə sədri Hicran Hüseynova bu il mayın 9-da faşizm üzərində tarixi qələbənin 65 ilinin tamam olduğunu xatırladıb: “Azərbaycanda müharibənin döymədiyini qapı qalmamışdı. Bizim mərd, fədakar qadınlarımız ön və arxa cəbhədə çətinliklərə sinə gəriblər. Azərbaycan qadınları faşizmə qarşı əsl fədakarlıq göstəriblər. Ən ağır döyüş meydanında kişilərlə çiyin-çiyinə vuruşan Azərbaycan qadınları hər zaman xatırlanacaqlar”.

Sonra deputat Hadı Rəcəbli, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Respublika Veteranlar Şurasının sədr müavini Çingiz Həsənov və başqaları çıxış ediblər. Konfransa müharibədə iştirak etmiş Azərbaycanın qadın veteranları da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR