Bank Of Baku

Azərbaycanda Rusiya ali məktəblərinin müsabiqəsində iştirak etmək istəyənlər üçün qeydiyyat davam edir

Azərbaycanda Rusiya ali məktəblərinin müsabiqəsində iştirak etmək istəyənlər üçün qeydiyyat davam edir
# 05 may 2010 10:26 (UTC +04:00)
Bakı-APA. Rusiya Federasiyası ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün qeydiyyat davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər Azərbaycan ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2010-cu il may ayının 3-də başlanıb və mayın 11-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.

Qeyd olunub ki, müsabiqə iki mərhələdən ibarətdir. I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.
Test imtahanı 2010-cu il mayın 15-də keçiriləcək. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi” 13 və 14 may tarixlərində veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR