Bank Of Baku

TQDK qəbul imtahanlarına hazırlaşan abituriyentlərə kömək məqsədilə yeni vəsaitlər nəşr etdirib

TQDK qəbul imtahanlarına hazırlaşan abituriyentlərə kömək məqsədilə yeni vəsaitlər nəşr etdirib
# 05 may 2010 11:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdlərinə elmi-metodiki kömək məqsədilə qəbul proqramlarının məzmununa və tələblərinə uyğun yeni vəsaitlər nəşr etdirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fizika, riyaziyyat, tarix, kimya, coğrafiya, rus dili, alman dili fənləri üzrə vəsaitlərin hələ ötən illərdə buraxılmış nəşrlərinin yeni təkmilləşdirilmiş variantları çap edilib. Azərbaycan dili, ədəbiyyat, ingilis dili fənləri üzrə yeni vəsaitlər nəşr olunub. Biologiya, riyaziyyat (rus bölməsi üçün) və coğrafiya fənləri üzrə (təkmilləşdirilmiş nəşr) vəsaitlər isə çapa hazır vəziyyətdədir.
“Azərbaycan dili” adlı vəsait Təhsil Nazirliyinin orta məktəblər üçün tədris proqramı və TQDK-nın qəbul imtahanları proqramlarına uyğun hazırlanıb, abituriyentlərin, müəllimlərin tələb və arzuları mümkün qədər nəzərə alınıb. Vəsaitin “Əlavələr” bölməsində Azərbaycan dilinin orfoqrafiya və orfoepiya, durğu işarələri qaydaları, əməli yazı növləri ümumi şəkildə xülasə olunub.
İngilis dilindən təqdim olunan vəsait üç hissədən - fonetika, morfologiya və sintaksis bölmələrindən ibarətdir. Hər mövzudan sonra təqdim olunmuş test tapşırıqları və cavabları abituriyentlərə hər mövzu üzrə biliklərini müstəqil olaraq yoxlayıb qiymətləndirməyə imkan verəcək.
Ədəbiyyat fənni üzrə vəsait qəbul imtahanlarına hazırlaşmaqda, bütövlükdə orta məktəbdə ədəbiyyat tədrisinin yaxşılaşmasında, təkmilləşdirilməsində əhəmiyyətli rol oynayacaq. Vəsait orta ümumtəhsil məktəbləri üçün ədəbiyyatdan tədris proqramına və TQDK-nın qəbul proqramına uyğun hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR