Bank Of Baku

Azərbaycan ərazisində hava şəraiti normallaşır

Azərbaycan ərazisində hava şəraiti normallaşır
# 05 may 2010 11:40 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-16 dərəcə, axşam 10-12 dərəcə isti olacaq.

Mayın 6-da havanın buludlu olacağı, gündüz arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 8-11, gündüz 15-17 dərəcə isti olacaq.

Mayın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Mayın 8-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11 dərəcə, gündüz 16-20 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 6-da, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 16-20 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Mayın 7-8-də hava əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 16-20 dərəcə, dağlarda gecə 0-4 dərəcə, gündüz 8-12 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR