Bank Of Baku

Azərbaycanın regionlarında erkən nikahlarla bağlı keçirilən sorğunun nəticələri açıqlanıb

Azərbaycanın regionlarında erkən nikahlarla bağlı keçirilən sorğunun nəticələri açıqlanıb
# 05 may 2010 12:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Azərbaycanın regionlarında erkən nikahların yayılması, onun insanların sosial-psixoloji durumuna təsirini və din faktorunun bu məsələdə rolunu öyrənmək məqsədi ilə sorğu keçirib. APA-nın məlumatına görə, cəmiyyətin sədri Novella Cəfəroğlu bu gün keçirdiyi mətbuat konfransında sorğunun yekunlarına dair məlumat verib. Sorğu Bakı şəhəri də daxil olmaqla ölkənin 5 şəhərində aparılıb. Ümumilikdə sorğuda 150 nəfərin iştirak etdiyini vurğulan Novella Cəfəroğlu onlardan 55-in kişi, 95-nin isə qadın olduğunu qeyd edib. Sorğudan iştirak edən respondentlərin böyük əksəriyyəti erkən nikahlara münasibətinin pis olduğunu bildiriblər. Həmçinin araşdırmalar zamanı məlum olub ki, erkən nikahlara pis münasibət bəsləyən respondentlərin əksəriyyəti öz qızlarını erkən yaşda ərə verib. Aparılan sorğu zamanı, həmçinin o da məlum olub ki, erkən nikahların yayılmasında din amili bir o qədər rol oynamır. Belə ki, sorğuda iştirak edənlərdən 85 nəfəri bu faktın dinlə əlaqəli olmadığını bildirib.

N. Cəfəroğlu erkən nikahların cəmiyyətin kasıb, varlı, orta, ziyalı təbəqələri arasında yayıldığını da qeyd edib: “Bu çox ciddi problemdir. Apardığımız sorğu zamanı respondentlərin əksəriyyəti ictimai-siyasi proseslərdə qadınların zəif iştirak etməsini məhz erkən nikahla bağlı olduğunu bildirir. Bu məsələ ilə bağlı Milli Məclisdə qanun qəbul edilməli və problemin qarşısını almaq məqsədi ilə ciddi tədbirlər görülməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR