Bank Of Baku

Fransa səfiri Azərbaycanda fransız məktəbinin yaradılmasını təklif edib

Fransa səfiri Azərbaycanda fransız məktəbinin yaradılmasını təklif edib
# 05 may 2010 12:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Təhsil naziri Misir Mərdanov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Fransa ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, ölkənin orta məktəblərində fransız dilinin tədrisi ilə bağlı məlumat verib, mövcud əməkdaşlıq çərçivəsində digər əhəmiyyətli layihələrin həyata keçirilməsi istiqamətində lazımi dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Q. Keller isə ölkələrarası əlaqələrin son illər daha da inkişafında təhsil sahəsinin xüsusi yeri olduğunu deyib. Azərbaycanda fransız məktəbinin yaradılmasını təklif edən səfirin sözlərinə görə, belə məktəb Gürcüstanda da açılıb və “Qafqazın fransız məktəbi” adı altında fəaliyyət göstərir. Nazir səfirin təklifini dəstəkləyib və hazırda Azərbaycanda belə bir məktəbə ehtiyac duyulduğunu bildirib.

Görüşdə Fransa universitetlərində təhsil alan azərbaycanlı tələbələrin qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması məqsədilə təkliflər səsləndirilib və bununla bağlı birgə işçi qrupun yaradılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR