Bank Of Baku

MTN-in Heydər Əliyev adına Akademiyasında faşizm üzərində qələbənin 65 illiyi qeyd olunub - FOTO

MTN-in Heydər Əliyev adına Akademiyasında faşizm üzərində qələbənin 65 illiyi qeyd olunub - <font color=red>FOTO  </font>
# 05 may 2010 12:36 (UTC +04:00)
Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, «Şöhrət» muzeyində 25 il təhlükəsizlik orqanlarında çalışan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə və ekspozisiyalarla tanış olublar. Mərasim akademiyanın akt zalında davam etdirilib. Akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev tədbiri açıq elan edərək kursantlar və dinləyicilərlə görüşə gələn Respublika Veteranlar Şurasının nümayəndələrini və təhlükəsizlik orqanlarının veteranlarını salamlayıb.
Sonra İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə təhlükəsizlik orqanlarının veteranı, general-mayor Bahadur Hüseynov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı, Bakı şəhər Veteranlar Şurasının sədr əvəzi Bəhram Şeydayev, Respublika və Bakı şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü, Yasamal rayon Veteranlar təşkilatının sədri Almaz Qasımova, Dəmiryol Veteranlar Şurasının sədri, Bakı şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü Əminağa Nəsirov iştirak ediblər.

Tədbirin sonunda Azərbaycanda anadan olan, əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR