Bank Of Baku

Bakıda “No Smoking” kampaniyası keçiriləcək – FOTO

Bakıda “No Smoking” kampaniyası keçiriləcək – <font color=red>FOTO </font>
# 05 may 2010 14:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “No Smoking” həyat tərzi kampaniyası çərçivəsində tədbirlər keçiriləcək. “Flame Production” və “Sağlam Düşüncə” Gənclər Təşkilatının birgə keçirdiyi layihə musiqi və rəqs nömrələrin nümayişi ilə baş tutacaq. “Flame Production”ın rəhbəri Rüfət Hüseynovun APA-ya verdiyi məlumata görə, mayın 10-da keçiriləcək tədbirdə xüsusi olaraq hazırlanmış siqaret əleyhinə video-rolik də göstəriləcək.

Layihənin əsas vəzifələri arasında gənclər arasında sağlam həyat tərzini təbliğ edən müxtəlif formatlı tədbirlərin, təhsil müəssisələrində maarifləndirici-məlumatlandırıcı sessiyalar və seminarların təşkili, bu sahədə çalışan qurumlarla əməkdaşlıq çərçivəsində qanun layihəsinin hazırlanıb aidiyyəti orqanlara təqdim olunması da var.

Qeyd edək ki, “No Smoking” layihəsinin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR