Bank Of Baku

Millət vəkili Hüseynbala Mirələmovun povesti Türkiyədə çap olunub

Millət vəkili Hüseynbala Mirələmovun povesti Türkiyədə çap olunub
# 05 may 2010 15:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü, yazıçı Hüseynbala Mirələmovun “Cəza” povesti Türkiyədə türk dilində çap olunub. Hüseynbala Mirələmov APA-ya açıqlamasında deyib ki, bu, onun Türkiyədə çap olunan sayca ikinci əsəridir. Yazıçı əsərinin Azad Ağayev tərəfindən tərcümə edildiyini və “Truva” nəşriyyatı tərəfindən çap olunduğunu bildirib. Onun sözlərinə görə, ekologiyadan bəhs edən povesti 3 min tirajla çap olunub: “Bu kitabda ekoloji problemlərdən bəhs edilir. İnsanlar təbiəti mühafizə etməyə dəvət olunur. Azərbaycanda çap olunandan sonra kitab akademik Həsən Əliyev adına mükafata layiq görülüb”.

H. Mirələmov kitabın Türkiyənin geniş oxucu kütləsi üçün nərədə tutulduğunu vurğulayıb: “Türkiyədə çap olunan “Gəlinlik paltarı” romanımı satışa çıxarıldıqdan cəmi iki ay sonra axtardıq tapa bilmədik. Dedilər hamısı satılıb. İnanıram ki, bu əsərim də maraqla qarşılanacaq” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR