Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyində veteranlara medallar təqdim olunub - FOTO

Rusiyanın Azərbaycandakı səfirliyində veteranlara medallar təqdim olunub - <font color=red>FOTO</font>
# 05 may 2010 15:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Azərbaycandakı səfirliyində 27 Böyük Vətən Müharibəsi veteranına yubiley medalları təqdim olunub. APA-nın məlumatına görə, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Rusiya prezidenti Dmitri Medvedevin fərmanı ilə Azərbaycanda yaşayan və Rusiya vətəndaşı olan 27 veteran “1941-1945-ci illər Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi” yubiley medalı ilə təltif olunub. O, medalları veteranlara və onların nümayəndələrinə təqdim edib.

Diplomat Azərbaycanın qələbədə xüsusi rolunu ayrıca vurğulayaraq deyib ki, yüz minlərlə azərbaycanlı müharibədə iştirak edib, onlardan 300 mini həlak olub, 121 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb: “Bakı neftinin cəbhəyə köməyi çox böyük olub, faşistlər üzərinə yeriyən hərbi texnika bu yanacaqla təchiz edilib”. V. Doroxin hazırda Azərbaycanda 4 mindən artıq müharibə veteranın olduğunu söyləyərək onlara can sağlığı və qələbənin yeni yubileylərini görmək arzulayıb.

“Tuqantel” Tatar Mədəniyyət Cəmiyyətinin rəhbəri Gölcan Məsutova da Azərbaycanın Böyük Vətən Müharibəsindəki rolundan danışaraq bildirib ki, əhalisi 3,5 milyon olan Azərbaycandan cəbhəyə 641 min nəfər gedib. Cəbhəyə yollananlar arasında 10 min azərbaycanlı qadının da olduğunu diqqətə çatdıran G. Məsutova deyib ki, onlar yalnız tibb bacısı yox, kəşfiyyatçı və təyyarəçi də olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR