Bank Of Baku

Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində Saatlı rayonunda tibb məntəqəsinin tikintisi başa çatıb

Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində Saatlı rayonunda tibb məntəqəsinin tikintisi başa çatıb
# 05 may 2010 16:28 (UTC +04:00)
Bakı-APA. Mayın 7-də Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardım Proqramı” çərçivəsində Saatlı rayonunun Varxan kəndində tibb məntəqəsinin tikintisinin başa çatması münasibəti ilə açılış mərasimi keçiriləcək. APA-nın məlumatına görə, mərasimdə Yaponiyanın Azərbaycandakı səfirliyin müşaviri Toşikazu Muto, Saatlı rayonu İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov və Saatlı rayonu Səhiyyə şöbəsinin müdiri A. Əkbərov iştirak edəcəklər.
Bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi və “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi arasında 9 oktyabr 2009-cu ildə imzalanıb. Bu səfirlik tərəfindən Saatlı rayonunda həyətə keçirilən üçüncü layihədir.
Bu layihədən Varxan kəndi və ətrafında yerləşən 6 kəndin 8660 sakini faydalanacaq. Layihənin ümumi dəyəri 96805 ABŞ dollarıdır.

Qeyd edək ki, Yaponiya Hökümətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” “GGP” 2000-ci ildən Azərbaycanda həyata keçirilir. Bu qrant proqramı Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmış yönəlmiş, bələdiyyələr, tibbi və təhsil müəssisələri QHT-lər tərəfindən həyata keçirilən nisbətən kiçik miqyaslı layihələrə ayrılır. İndiyə kimi bu proqram çərçivəsində Azərbaycanda ümumi məbləği 9,390,530 ABŞ dolları olan 129 layihə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR