Bank Of Baku

Şəkidə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Şəkidə Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
# 05 may 2010 16:46 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bu gün Şəki şəhərində Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. Məlumata görə, alman faşizmi üzərində qələbənin 65-ci ildönümü münasibəti ilə Şəki şəhər hərbi komissarlığında keçirilmiş görüşdə Şəki rayon icra hakimiyyətinin başçısı Murad Cabbarlı, müharibə iştirakçıları və arxa cəbhə veteranları, Şəki rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları iştirak edib. Tədbirdə çıxış edən natiqlər alman faşizmi üzərində qələbənin 65 illiyi münasibəti ilə veteranları səmimi qəlbdən təbrik ediblər. Daha sonra tədbirdə prezident İlham Əliyevin sərəncamı ilə faşizm üzərində qələbənin 65-ci ildönümü münasibətilə hazırlanmış “Yubiley” medalı 395 veterana təqdim olunub. Onlardan 105 nəfəri II dünya müharibəsi iştirakçısı, 290 nəfəri isə arxa cəbhə veteranıdır.

Qeyd edək ki, respublikamızın şimal-qərb bölgəsindən II dünya müharibəsində alman faşizminə qarşı vuruşan həmyerlilərimizdən 216 nəfər müharibə iştirakçısı sağdır, onlardan iki nəfəri qadındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR