Bank Of Baku

Şəkidə Milli Atüstü Oyunları festivalı keçiriləcək

Şəkidə Milli Atüstü Oyunları festivalı keçiriləcək
# 05 may 2010 18:01 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Şəkidə Milli Atüstü Oyunları festivalı keçiriləcək. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, mayın 7-dən 10-a kimi Şəki rayonunun Daşyüz kəndində fəaliyyət göstərən Atçılıq Turizm Mərkəzində keçiriləcək festival Şəki ŞİH-nin və Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutacaq. Festivalı keçirməkdə məqsəd xalqımızın qədim zamanlardan bu günə kimi yaşayan atüstü milli oyunları (çövkən, papaq və zürpapaq) qoruyub saxlamaq və gənc nəsildə bu sahəyə marağın artırılmasıdır. Festivala Şəki və Yevlax şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Ağcabədi, Ağstafa, Goranboy, İsmayıllı və Ağdam rayonlarını təmsil edən komandaların qatılacağı gözlənilir.

Festivalın sonunda qalib komandalar diplom və mükafatlarla təltif ediləcək.

Qeyd edək ki, Şəki Atçılıq Turizm Mərkəzində keçiriləcək festival Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR