Bank Of Baku

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin növbəti test imtahanı keçirilir

Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin növbəti test imtahanı keçirilir
# 06 may 2010 07:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 42 dövlət orqanı üzrə müsabiqəyə çıxarılmış 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilən müsabiqənin növbəti test imtahanı keçirilir. APA-nın xəbərinə görə, günün birinci yarısında keçirilən imtahanda 41 nəfər iştirak edir.

Qeyd edək ki, müsabiqəyə 4100-dən çox namizəd ərizə verib. Test bloku 100 sualdan ibarətdir. Yeni qaydalara əsasən inzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

Məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 4111 namizəd qeydə alınıb. Onlardan 966-sı (23,50%) qadın, 3145-i (76,50%) isə kişidir. Namizədlərdən ən gənci 20, ən yaşlısı isə 63 yaşındadır. İlk dəfə olaraq müsabiqəyə apellyasiya və yerli məhkəmə orqanlarında inzibati vəzifələrin altıncı - doqquzuncu təsnifatlarına uyğun olan 44 vakant dövlət qulluğu vəzifəsi çıxarılıb. Test imtahanının nəticələri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR