Bank Of Baku

“Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin yekunlarına həsr edilmiş konfrans keçirilir - FOTO

“Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin yekunlarına həsr edilmiş konfrans keçirilir - <font color=red>FOTO</font>
# 06 may 2010 08:15 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan Ədliyyə Nazirliyi və Avropa Şurasının birgə layihəsi olan “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin yekunlarına həsr edilmiş konfrans keçirilir. APA-nın xəbərinə görə, Bakıda keçirilən konfransı açan Avropa Şurasının Bakı ofisinin rəhbəri Veronika Kotek AŞ-nin məhkumların şəraitinin yaxşılaşdırılmasına böyük əhəmiyyət verdiyini deyib. O, ilk belə layihənin 2006-cı ildə həyata keçirildiyini, bu sahədə, xüsusən məhkumların səhhəti ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün hələ çox iş görülməli olduğunu söyləyib.

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərinin müavini Hüseyn Əlixanov layihə çərçivəsində görülən işlərdən danışıb. O, bu müddət ərzində 20-dən çox tədbir, penitensiar sistemin işçiləri üçün treninqlər keçirildiyini, AŞ-nin tövsiyələrinin Azərbaycan dilinə tərcümə edildiyini bildirib. Xarici təcrübənin öyrənilməsi və sistemin müasirləşdirilməsi məqsədilə Böyük Britaniya, Norveç və Estoniyadan ekspertlər dəvət olunub.

Qeyd edək ki, 2008-ci ildə icrasına başlanan layihəni Norveç hökuməti maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR