Bank Of Baku

Misir Mərdanov: “Orta məktəb şəbəkəsinin rasionallaşdırılmasına Ucar rayonundan başlanacaq”

Misir Mərdanov: “Orta məktəb şəbəkəsinin rasionallaşdırılmasına Ucar rayonundan başlanacaq”
# 06 may 2010 08:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda orta məktəb şəbəkəsinin rasionallaşdırılması ilə bağlı aparılan araşdırma nəticəsində məlum olur ki, rayonlarda, kənd yerlərində elə orta məktəblər var ki, onların şagirdlərinin sayı 10-15, 30 nəfərdir. Əlbəttə, biz bu problemi 1-2 ilə həll etmək fikrində deyilik”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, hazırda müxtəlif dünya ölkələrində də məktəb şəbəkəsinin rasionallaşdırılması layihələri həyata keçirilir: “Biz də bu il Ucar rayonunda məktəb şəbəkəsinin rasionallaşdırılması layihəsinə başlayacağıq. Nəticə müsbət olarsa, digər rayonlarda da bu təcrübəni yayacağıq. Ucarda 30-a yaxın məktəb var ki, onların fəaliyyəti digər iri məktəblərə keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR