Bank Of Baku

Azərbaycan paytaxtında və ətraf qəsəbələrdə 2 mindən artıq qanunsuz tullantı sahəsi aşkarlanıb

Azərbaycan paytaxtında və ətraf qəsəbələrdə 2 mindən artıq qanunsuz tullantı sahəsi aşkarlanıb
# 06 may 2010 09:17 (UTC +04:00)
«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, inventarizasiya nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrin ərazisində 2 mindən çox qanunsuz tullantı sahəsi aşkar edilib. Bu tullantı sahələrinin 38-nin ərazisi 100 kvadrat metrdən böyükdür. Ümumilikdə isə Bakı şəhərinin 9 inzibati rayonunda (Qaradağ, Nərimanov, Səbail, Suraxanı, Yasamal, Sabunçu, Əzizbəyov, Binəqədi və Xətai) bu cür tullantı sahələri aşkarlanıb. İnventarizasiya işləri çərçivəsində aparılan monitorinq zamanı məlum olub ki, qeyri-qanuni tullantı sahələri mütəmadi olaraq yandırılır və bu ərazilərə tullantıların atılması davam etdirilir.

Tullantı sahələrinin ləğv edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi məqsədilə «Təmiz Şəhər» ASC-nin təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və «Təmiz Şəhər» ASC-nin daxil olduğu İşçi Qrupu yaradılıb.

«Təmiz Şəhər» ASC Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən qanunsuz tullantı sahələri ilə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aparılmış inventarizasiya ilə bağlı geniş hesabat hazırlayaraq müvafiq qurumların, həmçinin İşci Qrupunun müzakirəsinə təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR