Bank Of Baku

Azərbaycan İstiqlal Muzeyində “Tarixin ibrət dərsləri” adlı sərgi açılıb

Azərbaycan İstiqlal Muzeyində “Tarixin ibrət dərsləri” adlı sərgi açılıb
# 06 may 2010 09:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Qələbənin 65 illiyi ilə əlaqədar olaraq “Tarixin ibrət dərsləri” adlı tədbir-sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, sərgidə “Azərbaycan 1941-45-ci illər müharibəsində” mövzusunda plakatlar və rəsm əsərləri nümayiş olunur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qələbənin 65 illiyi münasibəti ilə bütün veteranları təbrik edib və müharibə dövründə göstərdikləri şücaətə görə onlara təşəkkürünü bildirib: “Bu gün Azərbaycanda elə ailə yoxdur ki, onun atası, babası bu müharibənin iştirakçısı olmasın. Müharibə çox ağır bir anlayışdır. Azərbaycan xalqı bu gün də müharibə şəraitində yaşayır. Bu, Vətən uğrunda aparılan müharibədir. Biz heç zaman atalarımızın, babalarımızın keçdiyi bu şücaətli yolunu unutmamalıyıq və bunu daima yaşatmalıyıq”. Sərgidə muzeyin fonduna məxsus Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Mehdi Quliyevin şəxsi əşyaları, Azərbaycan Dövlət kino-foto sənədlər arxivindən fotolar, plakat kolleksiyası və rəsm əsərləri nümayiş olunub. Tədbirdə veteranlar, xüsusi qonaqlar və Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR