Bank Of Baku

Azərbaycanda 6 min insan süd vəzi xərçəngindən əziyyət çəkir

Azərbaycanda 6 min insan süd vəzi xərçəngindən əziyyət çəkir
# 06 may 2010 10:25 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov - APA. Milli Onkologiya Mərkəzinin Mobil Diaqnostika kompleksinin həkim heyəti Tovuz rayonunda olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 14 nəfərlik həkim heyətinin Tovuz rayonuna səfərinin məqəsədi süd vəzi xərçəngi xəstəliyinə qarşı mübarizəni gücləndirmək olub. İki gün ərzində rentgen laboratoriya, ultrasonoqrafiya, mammoqrafiya və ginekoloji müayinələr aparılıb. Səyyar klinikanın həkimləri müraciət edənlərin bəzilərinə yerindəcə tibbi yardım göstərib, bəzilərinə isə müalicənin növbəti mərhələlərinin aparılması üçün göndərişlər veriliblər.

Respublikanın baş onkoloqu Fuad Mərdanovun sözlərinə görə, Azərbaycanda son 7-8 ildə süd vəzi xəstəliyinin yayılması onkoloji xəstəliklər arasında 1-ci yeri tutur: “Bütün dünyada süd vəzi xərçəngi artır. Hər il təxminən 1000-ə yaxın xəstə uçota götürülür. Respublikada süd vəzi xərçəngindən 6000 insan əziyyət çəkir. Axırıncı illər bu xəstəliyin yaşı da azalıb. Əvvəllər bu xəstəlik təxminən 50 yaşından sonra aşkar olunurdusa, indi 35-40 yaşında qeydiyyata götürülən xəstələr var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR