Bank Of Baku

Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 06 may 2010 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gülüstan sarayında Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında təşkil olunmuş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimi YAP, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi birgə təşkil edib. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, 600 mindən çox şagirdin qatıldığı yarışma üç mərhələdə keçirilib. Yarışmanın son mərhələsinə isə 96 şagird seçilib. Münsiflər Heyətinin qərarına əsasən 21 nəfər müsabiqənin qalibi seçilib. Onlardan 5 nəfəri I yerə, 5 nəfəri II yerə, 11 nəfəri III yerə, 56 nəfər isə fəxri fərmanlara layiq görülüb. M. Mərdanovun sözlərinə görə, müsabiqədə iştirak edən 87 məktəblinin yazısı kitabça halında nəşr olunub: “Bu müsabiqədə iştirak edən məktəblilərin sayı ilbəil artır. Azərbaycan məktəbliləri Heydər Əliyevin şəxsiyyətinə öz ehtiramlarını bildirirlər. Bizim əsas məqsədimiz müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında gənclərimizin biliyini artırmaqdır”.

YAP-ın icra katibi Əli Əhmədov isə deyib ki, belə müsabiqələr Heydər Əliyev irsini öyrənməyə xidmət edən hərəkatdır: “Azərbaycan təhsilinin inkişafında yeni mərhələ yaşanır. Bu müsabiqədə iştirak edən şagirdlər Heydər Əliyev siyasətinə və ideallarına tərəfdar olduqlarını, onu dəstəklədiklərini göstərirlər”. Ə. Əhmədov müsabiqədə daha fəal olan 12 nəfərə YAP tərəfindən təqaüdlərin veriləcəyini deyib.

Müsabiqə iştirakçılarını Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın adından təbrik edən fondun icraçı katibi Anar Ələkbərov isə deyib ki, yarışmada fəxri yerləri tutan 21 nəfər fond tərəfindən bu ilin iyun ayında Belçika, Fransa və Almaniyaya bir həftəlik gəzintiyə göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR