Bank Of Baku

Avropa Şurası Azərbaycanda probasiya sisteminin yaradılmasını istəyir

Avropa Şurası Azərbaycanda probasiya sisteminin yaradılmasını istəyir
# 06 may 2010 11:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Avropa Şurası Azərbaycanda probasiya sisteminin yaradılması təklifi ilə çıxış edib. APA-nın xəbərinə görə, bunu AŞ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Veronika Kotek Azərbaycan Ədliyyə Nazirliyi və Avropa Şurasının birgə layihəsi olan “Azərbaycan həbsxanalarında islahatlara dəstək” layihəsinin yekunlarına həsr edilmiş konfransda deyib. O bildirib ki, Azərbaycan AŞ üzvləri arasında yeganə ölkədir ki, burada probasiya sistemi yaradılmayıb: “Azərbaycan hökuməti maraqlı olarsa, biz bu istiqamətdə əməkdaşlığı davam etdirə bilərik”.

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov isə qeyd edib ki, belə bir sistemin yaradılması diqqətə alınmalı və müzakirə olunmalıdır: “Lakin bu məsələdə hər şey törədilmiş cinayətin nə qədər ağır olub-olmamasından asılıdır. Elə cinayətlər var ki, probasiya xidmətində nəzərdə tutulan cəzaların tətbiqi mümkün deyil. Az ağır, ağır və xüsusilə ağır cinayətlər var. Azərbaycanda rəhbər şəxslər dəfələrlə bildirib ki, cinayətlərdə ittiham olunan şəxslərə məhkəmələr tərəfindən ağır cəzalar tətbiq olunur. Bununla bağlı məhkəmələrə tövsiyələr də verilib”.

Qeyd edək ki, probasiya məhkumun azadlıqdan məhrum edilmədən məhkəmə tərəfindən müəyyən edilmiş sınaq müddətində xüsusi orqanların nəzarətinə verilməsi, yaxud da həmin şəxsin hərəkətinə müəyyən məhdudiyyətlərin tətbiq olunması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR