Bank Of Baku

“Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” adlı kitabın təqdimatı keçirilib

“Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” adlı kitabın təqdimatı keçirilib
# 06 may 2010 11:31 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə “Jurnalist” qəzetinin layihəsi çərçivəsində Bakı Dövlət Univerisiteti jurnalistika fakultəsinin müəllimi Nəsiman Yaqublunun “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən Nəsiman Yaqublu bildirib ki, “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” mövzusu Azərbaycan mətbuatı tarixində araşdırılmış ilk mövzudur: “Biz Azərbaycanda yaşayan 12-yə qədər xalqın 6-nın mətbuat nümunələri haqqında bu kitabda məlumat vermişik”.

Tədbirdə çıxış edən professor Qulu Məhərrəmli kitabı Azərbaycan mətbuatı üçün dəyərli bir mənbə adlandıraraq onun hamı üçün fydalı olacağını bildirib. Digər çıxışçılar da kitabın nəşrini yüksək qiymətləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR