Bank Of Baku

Heydər Əliyev Fondu inşa müsabiqənin qaliblərini Avropaya göndərəcək

Heydər Əliyev Fondu inşa müsabiqənin qaliblərini Avropaya göndərəcək
# 06 may 2010 12:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində onun zəngin həyat və fəaliyyətinə həsr olunmuş məktəblilərarası inşa yazı müsabiqəsinə yekun vurulub. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, üç mərhələdən ibarət müsabiqənin son mərhələsinə qatılan 96 şagird arasında ən yaxşı inşa yazılarının qalibləri elan olunublar.

Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yeni Azərbaycan Partiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə həyata keçirilmiş müsabiqənin yekun mərhələsinin nəticəsinə görə, 5 nəfər I yer, 5 nəfər II yer, 11 nəfər isə III yerə layiq görülüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkənin ən müxtəlif bölgələrindən olan qaliblərin Belçika Krallığına səfərləri nəzərdə tutulur. Səfər çərçivəsində məktəblilər Niderland, Fransa və Almaniyada olacaq, bu ölkələrin həyatı, tarixi-mədəni abidələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR