Bank Of Baku

Lənkəranda "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirə keçirilib

Lənkəranda "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirə keçirilib
# 06 may 2010 12:34 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Mayın 6-da Lənkəran şəhərində Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran şəhərində "Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi" mövzusunda regional müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, bölgənin Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının dövlət yanğın nəzarəti qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti, bələdiyyə və fermer təsərrüfatları nümayəndələrinin qatıldığı tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin rəisi Hikmət Xudiyev “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir”, FHN-in Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Əşrəf Rəfiyev “ Regionda dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün görülmüş işlər və qarşıda duran vəzifələr”, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı Elçin Hüseynov “Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri” və “Meşə sahələrində yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzə və çıxışlarda keçən ilki mövsümdə dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı zamanı baş vermiş yanğın hadisələrinin səbəbləri ətraflı təhlil olunub. Daha sonra tədbir iştirakçıları yanğına qarşı təbliğat işinin səmərəsini artırmaq məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunmuş "Dənli və texniki bitkilərin yığımı, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi tədbirləri" başlıqlı səyyar foto-tematik sərgiyə baxış keçiriblər. Sonda isə fermer təsərrüfatları nümayəndələrinə "Dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi tədbirləri" adlı yaddaş kitabçaları paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR