Bank Of Baku

Bakıda Böyük Vətən Müharibəsinin 65 illiyi ilə əlaqədar “Breyn-ring” intellektual oyunu keçiriləcək

Bakıda Böyük Vətən Müharibəsinin 65 illiyi ilə əlaqədar “Breyn-ring” intellektual oyunu keçiriləcək
# 06 may 2010 13:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi (GİN) mayın 7-də Böyük Vətən Müharibəsinin 65 illiyi ilə əlaqədar “Breyn-ring” intellektual oyunu keçirəcək. GİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yarışa 8 ali məktəbin - Azərbaycan Dövlət Neft Akademiyasının, “Xəzər” Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dillər Universitetinin komandaları qatılacaq. Tədbir ölkə prezidentinin “1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram” əsasında keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR